ABŞ prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen ilə görüşüb.
“Report” BBC-yə istinadən xəbər verir ki, qolf klubunda baş tutan görüş çərçivəsində tərəflər ticarət sazişi imzalayıblar.
Tramp mətbuat konfransında ABŞ-yə Avropa İttifaqından (Aİ) idxal olunan mallara tətbiq edilən rüsumun ən azı 15% olacağını bildirib.
Onun sözlərinə görə, Aİ ölkələrinin ABŞ-dən 150 milyard dollar dəyərində hərbi texnika və enerji resursları alacaq ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyulacaq.
Avropa Komissiyasının sədri tərəflərin yaxşı razılaşma əldə etdiyini bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.