Azərbaycanın 3×3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala çıxacaq

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.

“Report” xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda bu raundda Çinlə üz-üzə gələcək.

Qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, yığma qrupda keçirdiyi matçlarda Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More