Çin peyk interneti üçün peyklər qrupunu orbitə çıxarıb

Çin “SatNet” peyk interneti üçün aşağıorbitli peyklər qrupunu uğurla orbitə çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, buraxılış Pekin vaxtı ilə saat 18:03-də (Bakı vaxtı ilə 14:03) Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) CZ-6A (“Çançjen-6-ei”) daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib. Bu, “Çandjon” seriyalı raketin 585-ci buraxılışdır.

Modifikasiya edilmiş iki mərhələli CZ-6A 50 metr uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla – kerosin və maye oksigen qarışığı ilə işləyir. Raket Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası ilə birgə hazırlanıb, dörd bərk yanacaq gücləndiricisi ilə təchiz edilib və günəşlə sinxron orbitə (500 km) təxminən 6,5 ton faydalı yük çıxarmaq qabiliyyətinə malikdir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More