Premyer Liqanın Yay Seriyasının “Mançester Yunayted” – “Aston Villa” oyunu başa çatıb.
“Report”un məlumatına görə, görüş İst Ruterfordda, “Metlayf” stadionunda baş tutub və “Mançester Yunayted”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaliblərin heyətində Bruno Fernandeş dubl edib. “Vest Hem”in yeganə qolunu Jarrod Bouen vurub.
Premyer Liqanın yay seriyası ABŞ-də keçirilən mövsümöncəsi yoldaşlıq turniridir.
Növbəti oyunda “Mançester Yunayted” “Bornmut”, “Vest Hem” isə “Everton”la qarşılaşacaq. Hər iki qarşılaşma iyulun 31-də keçiriləcək.
Ötən mövsümün İngiltərə çempionatının sonunda “Mançester Yunayted” turnir cədvəlini 15-ci, “Vest Hem” isə 14-cü pillədə başa vurub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.