Giorgi Çakvetadze Azərbaycanda səfərdədir

Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədr müavini Giorgi Çakvetadze Azərbaycanın paytaxtı Bakıda işgüzar səfərdədir.

“Report”un yerli bürosu Gürcüstan Parlamentinin yaydığı məlumata istinadən xəbər verir ki, səfər çərçivəsində Çakvetadze Gürcüstan-Azərbaycan Gənclər Forumu layihəsində iştirak edən tələbələrlə görüşüb.

Tələbələrlə söhbət zamanı Çakvetadze forumun iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsində mühüm platforma olduğunu vurğulayıb. O, layihənin gerçəkləşməsində Gürcüstan Prezidenti Mixail Kavelaşvili və Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolunu qeyd edib.

Bu il ilk dəfə təşkil olunan Gənclər Forumu iyulun 22-dən 28-dək Quba, Bakı və Sumqayıtda keçirilib. Layihə çərçivəsində 90 tələbə Azərbaycan və Gürcüstan mədəniyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edib. Bildirilib ki, yaxın gələcəkdə forumun növbəti mərhələsi Gürcüstanda davam etdiriləcək.

Giorgi Çakvetadzenin səfər proqramına Azərbaycan Respublikasının Milli Məclisində və Gənclər və İdman Nazirliyində keçiriləcək görüşlər də daxildir. O, həmçinin Bakı Dövlət Universitetində tələbələrlə bir araya gələcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More