İngiltərə klubları PSJ-nin qapıçısını transfer etmək istəyirlər

İngiltərənin iki nəhəng klubu hazırda Fransa təmsilçisi PSJ-də çıxış edən İtaliya millisinin qapıçısı Canluici Donnarumma ilə maraqlanır.

“Report” “Lequipe” nəşrinə istinadən xəbər verir ki, bunlar “Mançester Siti” və “Mançester Yunayted” komandalarıdır.

Parislilər qolkiperi azad agent kimi buraxmamaq üçün onu satmağa hazırdır.

Oyunçunun müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.

PSJ yeni qapıçı tapacağı təqdirdə Donnarummanı ilə vidalaşa bilər.

Hətta “Lill”in çərçivə qoruyucusu Lyuka Şevalyenin heyətə cəlb olunacağı gözlənilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More