Kamboca və Tailand liderləri atəşkəs üçün görüşməyə hazırlıqlarını təsdiqləyiblər

Kamboca və Tailand liderləri bir neçə günlük silahlı münaqişədən sonra atəşkəslə bağlı danışıqlar aparmaq üçün görüşmək barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp belə bir razılaşmanın olduğunu açıqlayıb.

“Bazar günü yerli vaxtla səhər tezdən Kambocanın Baş naziri Hun Manet bildirib ki, Kamboca iki silahlı qüvvə arasında dərhal və qeyd-şərtsiz atəşkəs təklifi ilə razılaşır”, – telekanal qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More