Kambocanın baş naziri Tailand ilə atəşkəs razılaşmasını təsdiqləyib

Kamboca və Tailand ABŞ prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə dərhal və qeyd-şərtsiz atəşkəs haqqında razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Kambocanın baş naziri Hun Manet iyulun 26-da axşam Trampla telefon danışığından sonra məlumat verib.

Onun sözlərinə görə, Amerika lideri münaqişədə insan itkiləri ilə bağlı ciddi narahatlığını ifadə edib və sülhə sadiqliyini bir daha təsdiqləyib^

“O, hər iki tərəfdən daha çox ölüm və yaralanmalara səbəb olacaq hər hansı bir müharibə və ya döyüş görmək istəmir. ABŞ prezidentinin bütün dünyada sülh səylərinə vasitəçilik təcrübəsi var”.

Telefon danışığı zamanı Kambocanın baş naziri Amerika liderini məlumatlandırıb ki, Pnompen Kamboca və Tailand qüvvələri arasında dərhal və qeyd-şərtsiz atəşkəs təklifi ilə tam razıdır.

Tramp Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçai ilə danışdıqdan sonra Hun Manetə deyib ki, Tailand hökuməti də atəşkəs təklifi ilə razılaşıb.

Atəşkəs razılaşmalarının tez bir zamanda həyata keçirilməsini təmin etmək üçün Kambocanın baş naziri müavini və xarici işlər naziri Prak Sokhona ABŞ dövlət katibi Marko Rubio və tailandlı həmkarı Marit Sanqiamponqla birbaşa əlaqələndirmə aparmağı tapşırıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More