Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətinin Komanda kəndində “Demokratik Qüvvələrin Alyansı” ekstremist qruplaşmasının silahlıları 40-dan çox insanı qətlə yetirib, onlardan 20-si kilsənin içərisində öldürülüb.
“Report” xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, iyulun 27-nə keçən gecə silahlı qrup kəndə hücum edib. Gecə ibadətinə toplaşan 20 nəfər daxil olmaqla, ümumilikdə 43 nəfər öldürülüb.
Silahlılar bir neçə ictimai bina və şəxsi evləri yandırıblar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.