Makron: Rusiya atəşkəsə razılaşmalıdır

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 27-də fransalı həmkarı Emmanuel Makronla danışıb.

“Report” xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” kanalında yazıb.

Zelenski deyib ki, onlar iyulun 23-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların üçüncü raundunun nəticələrini müzakirə ediblər.

“Biz avqustun sonuna qədər ən yüksək səviyyədə görüş keçirmək təklifimizlə bağlı cavab gözləyirik. Avropadan nümayəndələr iştirak etməlidir”, – o bildirib.

Bundan əlavə, Zelenski və Makron Fransadan Ukraynaya hərbi yardım, xüsusilə SAMP/T və Crotale zenit-raket sistemləri üçün əlavə raketlərin tədarükü, həmçinin Ukraynada pilotsuz təyyarələrinin istehsalının maliyyələşdirilməsini müzakirə ediblər.

Makron isə X sosial şəbəkəsində yazıb ki, Fransa Ukraynaya dəstəyini bir daha təsdiləyib: “Biz Ukraynaya yardımı artırmağa və Rusiyaya təzyiqi artırmağa davam edəcəyik. Rusiya avropalıların iştirakı ilə davamlı sülhə dair danışıqlara yol açacaq atəşkəsə razılaşmalıdır”.

Prezidentlər Ukraynanın Avropaya inteqrasiya yoluna da toxunublar.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More