Qadın futbolu üzrə İngiltərə millisi Avropa çempionu olub

İngiltərə qadın futbolu üzrə Avropa çempionatının final matçında İspaniyanı məğlub edib.

“Report” xəbər verir ki, dramatik matçın nəticəsi penalti seriyasında həll olunub.

İsveçrənin Bazel şəhərində keçirilən qarşılaşma 2023-cü il dünya çempionatının finalının təkrarı olub. Xatırladaq ki, həmin görüşdə İspaniya qalib gəlmişdi.

Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. İspaniya millisinin hücumçusu Mariona Kaldentey ilk hissədə hesabı açıb, Alessiya Russo isə 2-ci hissədə hesabı bərabərləşdirib.

Əlavə vaxtda da qalibi müəyyən edilməyib.

Penalti seriyasında ingilislər 3:1 hesabı ilə qalib gəlib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More