“Qalatasaray” Donnarummaya təklif göndərib

İtaliya millisinin və Fransanın PSJ futbol klubunun qapıçısı Canluici Donnarumma Türkiyədə çıxış edə bilər.

“Report” “Foot Mercato”ya istinadən xəbər verir ki, “Qalatasaray” qapıçı ilə PSJ-nin hələ də müqavilənin uzadılması barədə razılığa gəlməməsindən istifadə etmək istəyir. İstanbullular artıq qolkiperə təklif göndəriblər.

Bundan əvvəl mətbuat yazırdı ki, Donnarumma “Mançester Yunayted” və “Çelsi”nin maraq dairəsinə düşüb. Qapıçı isə PSJ-də qalmaq istədiyini bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More