Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun da çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu İngiltərə təmsilçisi “Çelsi”nin hücumçusu Joau Feliksi transfer etməyə yaxındır.
“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Asiya kollektivi portuqaliyalı oyunçunu sıralarına qatmaq üçün qarşı tərəfə rəsmi təklif göndərib.
Transferin yaxın günlərdə baş tutması gözlənilir.
Qeyd edək ki, J.Feliks ötən mövsümün yarısını icarə əsasında “Milan”da (İtaliya) keçirib və 21 matçda 3 qol vurub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.