Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla təkbətək görüşü zamanı Rusiya-Ukrayna münaqişəsinə son qoymağın yollarını müzakirə etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “The Sunday Telegraph” mənbələrə istinadən məlumat yayıb.
“Şotlandiyada keçiriləcək danışıqlar zamanı cənab Kir Rusiya-Ukrayna münaqişəsinə son qoymağın mümkün yollarını müzakirə edəcək”, – məqalədə deyilir. “Onun Ukraynaya gələcək dəstək məsələsini də qaldıracağı gözlənilir”, – nəşr əlavə edib.
Starmer və Tramp arasında danışıqlar iyulun 28-nə planlaşdırılıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.