Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib

İtaliya milisinin və “Roma”nın sabiq hücumçusu Françesko Tottinin oğlu Kristian futbolçu karyerasını 19 yaşında bitirib.

“Report” “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, o, bundan sonra atasının futbola aid açdığı şirkətdə çalışacaq.

Qeyd edək ki, bir müddət “Roma”nın 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən gənc Totti İspaniyada “Rayo Valyekano”nun ikinci, ölkəsində isə “Avezzano” və “Olbia” klublarının formasını geyinib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More