Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.

Bu barədə “Report”a Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev bildirib.

Onun sözlərinə görə, xanəndənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More