Yaponiyada Daun sindromunun qarşısını almaq üsulları öyrənilir

Yaponiyanın Mie Universitetinin mütəxəssisləri, tərtibatçıların Daun sindromuna səbəb olan əlavə xromosomu aradan qaldırmağa kömək edəcəyinə ümid etdikləri yeni gen redaktə üsulunu kəşf ediblər.

“Report” xəbər verir ki, bu barədə məlumat “My Modern Met” internet nəşrində dərc olunub.

“Mie Universitetinin yapon alimlərindən ibarət qrup Daun sindromuna cavabdeh olan əlavə xromosomu hədəf alan gen redaktəsi metodu hazırlayıb. Bu yaxınlarda “PNAS Nexus” jurnalında dərc olunmuş tədqiqatın nəticələri göstərir ki, DNT-ni modifikasiya edən CRISPR/Cas9 texnologiyası təsirlənmiş hüceyrələrdə əlavə xromosomları necə çıxara bilir”, – nəşr yazır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More