Almaniya kansleri: ABŞ ilə sövdələşmədən daha çox güzəştlər gözləyirdim

Avropa İttifaqı (Aİ) ABŞ ilə sövdələşmədən sonra əsas maraqlarını qorumağı və lazımsız eskalasiyadan qaçmağı bacardı, lakin Berlin daha çox güzəştlərin əldə olunacağını gözlənilirdi.

“Report”un məlumatına görə, Almaniya kansleri Fridrix Merts ABŞ və Aİ arasında əldə olunan razılaşmanı şərh edərkən belə bəyanatla çıxış edib.

“Mən, şübhəsiz ki, transatlantik ticarətdə daha çox güzəştlər gözləyirdim”, – o bildirib.

Kansler vurğulayıb ki, “proqnozlaşdırıla bilən ticarət əlaqələrindən Atlantikanın hər iki tərəfində həm şirkətlər, həm də istehlakçılar qazanır”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More