“Araz-Naxçıvan” Elmar Baxşıyevin köməkçiləri ilə müqavilə müddətini uzadıb

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevin köməkçiləri ilə müqavilə müddətini uzadıb.

Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

Rasim Ramaldanov, Ramiz Kərimov, Əfran İsmayılov və Todor Terzievlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Naxçıvan təmsilçisi daha əvvəl Elmar Baxşıyevlə də yeni – 1 illik müqavilə imzalandığını açıqlamışdı. Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümünü üçüncü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More