Azərbaycan idmançıları Türkiyənin İstanbul şəhərində təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurublar.
“Report” Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 7-ci dəfə təşkil edilən yarışda debüt edən milli 7 idman növündə 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb.
Sabir Zeynalov (parataekvondo, K44, 58 kq), Amin Əliyev (parataekvondo, K44, 63 kq), Səmayə Həsənova (parataekvondo, K44, 47 kq) və Ayşə Arabova (paraatletika, uzunluğa tullanma, T11) qızıl, Orxan Cəfərov (parataekvondo, K44, 80 kq), Əli Vəliyev (paraüzgüçülük, 2009-2013-cü il təvəllüdlülər arasında, S10, 100 metr “butterfly” (kəpənək)) gümüş, Ayxan Nuruyev (parataekvondo, K44, 58 kq), Amin Şıxalıyev (parataekvondo, K44, 63 kq), İmran Bağırov (parataekvondo, K44, 70 kq), Ömər Qurbanov (paracüdo, J2, 62 kq), Hüseyn İsmayılzadə (paracüdo, K44, 70 kq) və Əli Vəliyev (paraüzgüçülük, S10, 2009-2013-cü il təvəllüdlülər arasında, 100 metr sərbəst, 400 metr sərbəst) isə bürünc medala yiyələnib.
Qeyd edək ki, turnirdə 33 ölkədən 700-ə yaxın idmançı mübarizə aparıb. Azərbaycanı yarışda 17 idmançı təmsil edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.