Azərbaycan idmançıları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən savat assault üzrə dünya çempionatı və Dünya Kubokunda uğurla çıxış ediblər.
“Report” xəbər verir ki, mundialda Ələkbər Xanməmmədov (60 kq) qızıl medal qazanıb.
Yusif Xəlilzadə (48 kq), Ümid Zeynalov (52 kq), Məhəmməd Məmmədli (56 kq), Nicat Məhəmmədli (65 kq), Nihat Quliyev (70 kq), Əli Bəylərzadə (75 kq) və Məhəmməd Süleymanov (85 kq) bürünc medala sahib çıxıblar.
Dünya Kubokunda isə Raul Hüseynzadə (30 kq) qızıl, İbrahim İbrahimli (35 kq) və Beyrək Bağırov (85 kq) bürünc medal əldə ediblər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.