Belarus ABŞ-lə münasibətləri qurmağa və gücləndirməyə çalışır

Belarus ABŞ ilə ikitərəfli münasibətlərin qurulması və gücləndirilməsi üzrə dialoq aparır.

“Report”un “BelTa”ya istinadən verdiyi məlumata görə, bunu Belarusun ABŞ-dəki müvəqqəti işlər vəkili Pavel Şidlovski bildirib.

“ABŞ tərəfi ilə dialoqumuz davam edir. Səfirlik, həmçinin ABŞ-nin ictimai təşkilatları, ekspert cəmiyyəti ilə dialoq aparır. Belarusa müəyyən maraq müşahidə olunur. Lakin diplomatiya sakitliyi sevir, ona görə də hazırkı mərhələdə daha çox şey deyə bilmərəm”, – P.Şidlovski jurnalistlərə bildirib.

Səfirlərin qarşılıqlı akkreditasiyası imkanı ilə bağlı suala cavabında diplomat bildirib ki, hazırkı mərhələdə Belarus ABŞ administrasiyası ilə dialoq aparır, lazımi əlaqələr qurulub və saxlanılır, lakin konkret olaraq bu mövzu hələ ki, gündəlikdə deyil.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More