“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Report” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmıdovanın sədrliyi ilə keçirilən prosesdəFuad Babayevin vəkili vəsatətlə çıxış edib.
Vəkil bəzi sənədlərin subutlar siyahısına əlavə edilməsini istəyib: “Bir şirkət yaradılıb. Elə görüntü yaradılıb ki, guya həmin şirkət yeyinti məqsədilə yaradılıb. Lakin həmin şirkətin hesabına köçürlən pullar hesabda qaıb təyinatı üzrə xərclənib”.
Məhkəmə sənədlərin işə qəbul edilməsi barədə qərar qəbul ediblər.
Daha sonra İlqar Mustafayevin vəkili vəsatət verib. Vəkil bildirib ki, gəmilərdən gələn gəlirlərin mənimsənilməsi ilə bağlıdır: “2020-2023-cü ilərdə gəmilərdən gələn gəlirlərin mənimsənilməsi ilə bağlı olub. Guya gəmilərdən aylıq 3-7 min insan istifadə edib. il ərzində isə 13 min insanın gəmidən istifadə etməsi yazılıb. Halbuki 2020-ci ildə pandemeya olub, insanlar küçəyə SMS vasitəsi ilə çıxıblar. Bu qədər sərnişin iştirak etsi mümkün deyildi. Bulvar idarəsi alt sənədlərinin təqdim olunmasını istəyir. Kimə, nəyə əsaslanıb yazıblar ki bu qədər insan iştirak ediblər”.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Proses avqustun 18-də davam edəcək.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İbtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.
İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.