Ermənistan İstintaq Komitəsi arxiyepiskopun işi üzrə ilkin araşdırmanı başa çatdırıb

Ermənistan İstintaq Komitəsi hərbi çevrilişə çağırışda ittiham olunan arxiyepiskop Mikael Acapaxyanın cinayət işi üzrə ilkin araşdırmanı başa çatdırıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İstintaqın versiyasına görə, Acapaxyan müsahibələrinin birində Ermənistanın iki sabiq prezidentinə silahlı qüvvələr, polis orqanları və Milli Təhlükəsizlik Xidmətində vəzifə tutan generalların iştirakı ilə hərbi çevriliş həyata keçirməyi dəfələrlə təklif etdiyini bildirib.

İstintaq bu ifadələri KİV-dən istifadə etməklə hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar kimi qiymətləndirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More