“Gəncə” heyətini Keniya yığmasının üzvi ilə gücləndirib

Qadınlardan ibarət “Gəncə” voleybol klubu heyətini Keniya yığmasının üzvü ilə gücləndirib.

“Report” bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şeron Çepçumba ilə müqavilə imzalanıb.

Voleybolçu ötən mövsümü Vyetnamın “Hoa chat Durc Giang Lao Cai” komandasında keçirib. O, karyerası ərzində Keniya, Türkiyə və Yunanıstan klublarında forma geyinib.

“Çumba” ləqəbli voleybolçu klublararası Afrika çempionatının, Vyetnam və Keniya Liqalarının qalibi olub.

Keniya millisinin heyətində 2019-cu ildə Afrika Oyunlarında, 2023-cü ildə isə Afrika çempionatında qızıl medal qazanıb. Voleybolçu ardıcıl iki Yay Olimpiya Oyunlarının iştirakçısı olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More