“İmişli” klubunun hazırlıq planında dəyişiklik baş verib

Yay təlim-məşq toplanışını Bakıda keçirməyi planlaşdıran “İmişli”nin hazırlıq planında dəyişiklik baş verib.

Klubdan “Report”a verilən məlumata görə, bölgə təmsilçisi toplanış məqsədi ilə bu gün Qəbələyə yola düşüb.

Bununla da kollektiv avqustun 3-dək əyalətdə məskunlaşacaq. “İmişli” Qəbələ şəhər stadionunda yerli komanda və “Karvan”la yoxlama görüşlərində qüvəsini sınayacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More