Kəşmirdə atışma olub: üç nəfər öldürülüb

Hindistan ordusu Kəşmir ştatında baş verən atışma zamanı üç nəfərin öldürüldüyünü bildirib.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hindistan ordusunun “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

Hindistan tərəfi öldürülənlərin terrorçu olduğunu hərbçilərin Kəşmir bölgəsində əməliyyatları davam etdirdiyini bildirir.

Hindistanın xəbər kanalları öldürülənlərin aprelin 22-də Kəşmirdə turistlərə hücumda iştirak etdiklərini bildirirlər.

Xatırladaq ki, aprelin 22-də Kəşmirdə baş vermiş terror aktı nəticəsində 26 nəfər həlak olub. Hindistan terror aktında Pakistanı günahlandırıb və ölkə ərazisinə zərbələr endirib. Pakistan bu zərbələri cavabsız qoymayıb. Bu hadisə iki nüvə dövləti arasında gərginliyin yeni mərhələsinin başlamasına və münaqişənin gərginləşməsinə səbəb olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More