“Telegram” messencerinin qurucusu Pavel Durov 10 saata yaxın davam edən, üçüncü dəfə dindirilmədən sonra Parisdəki məhkəmə binasını tərk edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Durov vəkillərin müşayiəti ilə Paris vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə təxminən saat 22:00-red) Paris tribunalının binasını tərk edib. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib və sürətlə avtomaşınına tərəf gedib.
Qeyd olunur ki, iki hakim Durovu 2024-cü ilin avqustunda Fransada həbs edildikdən sonra mahiyyəti üzrə üçüncü dəfə dindirib.
“Telegram”ın təsisçisi Pavel Durov Paris məhkəməsində dindirilib.
“Report” xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, o, “platformanın cinayət fəaliyyətində mümkün iştirakı” ilə bağlı yenidən dindirilib.
Məlumata görə, P.Durov dörd vəkilin müşayiəti ilə yerli vaxtla səhər saat 10 radələrində (Bakı vaxtı ilə günorta – red.) Paris məhkəməsinə gəlib.
Sosial şəbəkənin qurucusu və onun vəkilləri bu məlumatı şərh etməkdən imtina ediblər.
Xatırladaq ki, 2024-cü ilin avqustunda P.Durov Paris hava limanında saxlanılıb. Ona qarşı Fransa hakimiyyəti ilə əməkdaşlıqdan imtina etdiyi üçün altı maddə ilə ittiham irəli sürülüb. P.Durov 5 milyon avro məbləğində girov ödəmək və ölkəni tərk etməmək öhdəliyi ilə sərbəst buraxılıb. Dekabrda Paris məhkəməsi onu ilk dəfə işin mahiyyəti üzrə dindirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.