“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Şelburn” (İrlandiya) Bakıya bu gün çarter reysi ilə gələcək.
Bunu “Report”a açıqlamasında Ağdam klubunun mətbuat katibi Anar Hacıyev deyib.
İrlandiya təmsilçisini oyunda 100-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, “Qarabağ” – “Şelburn” matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.