Rəsmi: Almaniyada qatar qəzasında üç nəfər ölüb, 50 nəfər yaralanıb

Almaniyada qatar qəzasında xilasetmə işləri başa çatıb.

“Report”un məlumatına görə, yerli xilasetmə xidmətinin rəhbəri Şarlotta Tsiller bu barədə məlumat verib.

Son məlumatlara əsasən, 3 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

“Bizim məlumatlarımıza görə, vaqonlarda daha insan qalmayıb və hamıya tibbi yardım göstərilib”, – o bildirib.

Ziqmaringen-Ulm marşrutu ilə hərəkət edən qatarla qəza bazar günü axşam baş verib. Qəzadan bir qədər əvvəl bu ərazidə fırtına olub və ehtimal edilir ki, torpaq bəndini yuyulması nəticəsində qatar relsdən çıxıb.

Lakin qəzanın səbəbləri barədə rəsmi məlumat hələ yoxdur.

“Biz bütün gecə işləyəcəyik, araşdırmaya başlamışıq. İndi hadisə yerində maddi sübutlar toplanacaq, bu da çox güman ki, sabaha qədər və ya daha çox vaxt aparacaq”, – Ulm polisinin sözçüsü Sven Franke deyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More