“Əl-Nəsr” futbol klubunun ulduzu Kriştiano Ronaldo “Çelsi”nin 25 yaşlı hücumçusu Joau Feliksin Səudiyyə Ərəbistanı klubuna keçmək qərarına təsir edib.
“Report” xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat verib.
Mənbənin məlumatına görə, 40 yaşlı futbolçu əsas arqument kimi onu göstərib ki, mövsüm ərzində 40-50 matçda portuqaliyalılar bir-birlərini meydançada daha yaxşı başa düşə və oyun qura biləcəklər. Bu, futbolçuların Portuqaliya milli komandasında çıxış edəcəkləri qarşıdakı 2026-cı il dünya çempionatında daha yaxşı nəticə göstərməyə kömək etməlidir.
Xatırladaq ki, daha əvvəl insayder Fabrisio Romanonun iddiasına əsasən, Feliksin transferinin ilkin dəyəri 30 milyon avro təşkil edəcək, lakin bonuslar nəzərə alınmaqla bu məbləğ 50 milyon avroya qədər arta bilər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.