Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

Rusiya gəmisinin Estoniyanın dəniz sərhədini pozması ilə əlaqədar bu ölkənin müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Estoniya XİN-in mətbuat xidməti məlumat yayıb.

“Estoniyanın dəniz sərhədinin pozulması ilə əlaqədar etiraz bildirmək və rəsmi nota təqdim etmək üçün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili bu gün Estoniya XİN-ə çağırılıb”, – məlumatda qeyd olunub.

ERR teleradio şirkətinin Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, iyulun 26-sı səhər saatlarında Rusiyanın sərhəd gəmisi Vayndloo adasının şərqində Estoniyanın ərazi sularına daxil olub. Teleradio şirkəti iddia edir ki, gəmi yerli qanunvericiliyin tələb etdiyi kimi, bu ölkənin ərazi sularından dinc keçid həyata keçirməyi planlaşdırdığı barədə Estoniya XİN-i 48 saat əvvəl xəbərdar etməyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More