“Sumqayıt”ın sabiq futbolçusu Giorgi Karaişvili ölkəsi Gürcüstana qayıdıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Dinamo”ya (Tbilisi) keçib.
Gürcüstanlı futbolçu ötən ilin sentyabrında “Sumqayıt”a transfer olunmuşdu. Onun Sumqayıt təmsilçisi ilə müqaviləsinin müddəti “1+2” illik idi.
Qeyd edək ki, yarımmüdafiəçi “Sumqayıt”ın heyətində meydana çıxdığı 21 oyunda 1 qol vurub.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.