Tramp ABŞ ilə razılaşmayan ölkələr üçün rüsumların həcmini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla hər hansı səbəbdən ticarət sazişi bağlamayan ölkələr üçün 15-20 % səviyyəsində rüsumlar təyin etməyi planlaşdırdığını bildirib.

“Report” xəbər verir ki, bu barədə o, Şotlandiyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Deyərdim ki, bu, 15-20 % aralığında bir yerdə olacaq. Bəlkə 15, bəlkə də 20… Mən sadəcə nəzakətli olmaq istəyirəm. Amma bəli, bu diapazonda bir yerdə olacaq”, – o deyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More