Tramp: Netanyahuya HƏMAS-la “fərqli davranmağı” məsləhət görmüşəm

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuya HƏMAS-la mübarizədə “fərqli davranmağı” məsləhət gördüyünü bildirib.

“Report” “SkyNews”a istinadən xəbər verir ki, Tramp bunu Şotlandiyanın Ternberri qolf klubunda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışıqlardan əvvəl bildirib.

Tramp HƏMAS-ın “tamamilə dəyişdiyini” və sağ qalan 20-yə yaxın israilli girovu azad etmək, öldürülənlərin meyitlərini qaytarmaq istəmədiyini və bunun son dərəcə ədalətsiz olduğunu deyib.

O, həmçinin Qəzza zolağının dərhal ərzaqla təmin edilməsinə çağırıb.

“Atəşkəs mümkündür. Müharibəyə son qoymaq lazımdır”, – Prezident vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More