Almaniya, Fransa və Böyük Britaniya xarici işlər nazirlərinin (XİN) avqustun 7-də İsrailə səfər etmək imkanı nəzərdən keçirilir.
“Report”un “Al Arabia”ya istinadən verdiyi məlumata görə, bunu Almaniya Kansleri Fridrix Merts bildirib.
“Biz, ehtimal ki, Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirlərindən avqustun 7-də birlikdə İsrailə getmələrini və üç hökumətin mövqeyini təqdim etmələrini xahiş edəcəyik”, – F.Merts Berlində İordaniya kralı II Abdullah ilə birgə mətbuat konfransında bildirib.
XİN başçılarının İsrailə səfəri Qəzza zolağında ağır humanitar böhranla bağlıdır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.