Azərbaycanın gənc boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycanın gənc boksçuları (U-19) Almaniyada keçiriləcək “Brandenburq Kuboku”nda iştirak edəcəklər.

Bu barədə “Report”a Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən məlumat verilib.

Ölkəmizi turnirdə 4 idmançı təmsil edəcək.

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.

ABF-nin baş katibi Nağı Səfərov da komanda ilə birgə “Brandenburq Kuboku”na yollanıb. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.

Qeyd edək ki, iyulun 30-da startı veriləcək yarış 4 gün davam edəcək.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More