“Barselona” yarımmüdafiəçisi ilə müqavilə müddətini uzatmağı planlaşdırır

İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Frenki de Yonqla müqavilə müddətini uzatmağı planlaşdırır.

“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, klub niderlandlı futbolçunun danışıqlara razılıq verməsini gözləyir.

Kataloniya klubu De Yonqla müddəti daha bir mövsüm uzatmaq şərtilə 2028-ci ilə qədər müqavilə imzalamaq niyyətindədir.

Qeyd edək ki, yarımmüdafiəçi 2019-cu ildən “Barselona”nın formasını geyinir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More