Çin hökuməti Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşmasının, Moskva və Vaşinqtonun qlobal sabitliyin təmin edilməsinə töhfə verməsinin tərəfdarıdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Qo Tszyakun brifinqdə bildirib.
“Çin Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasını, onların qlobal sülh və sabitliyin təmin edilməsinə töhfəsini alqışlayacaq”, – o, Rusiya Prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Trampın avqustun sonu – sentyabrın əvvəlində Pekində görüşmək ehtimalını şərh edərkən deyib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.