Elm və təhsil naziri Oğuzda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev Oğuz şəhərində vətəndaş qəbulu keçirib.

“Report” xəbər verir ki, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, tələbə köçürülməsi, xarici təhsil sənədlərinin tanınması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More