“Formula 1”: Ferstappen 2019-cu ildən bu yana ən pis nəticəni göstərib

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” pilotu Maks Ferstappen ardıcıl üç Qran-pridə fəxri kürsüdən kənarda qalmaqla 2019-cu ildən bu yana ən pis nəticəni göstərib.

“Report” xəbər verir ki, o, Avstriyadakı yarışı başa çatdıra bilməyib. İngiltərə Qran-prisini beşinci, Belçikada keçirilən yarışı isə dördüncü tamamlayıb.

6 il əvvəl isə niderlandlı sürücü müvafiq olaraq Rusiya, Yaponiya və Meksika Qran-prilərində fəxri kürsüyə yüksələ bilməmişdi.

Qeyd edək ki, Maks Ferstappen hazırda 185 xalla sürücülərin sıralamasında üçüncü sırada qərarlaşıb. Siyahıya “Maklaren”in pilotu Oskar Piastri (266 xal) başçılıq edir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More