Fransa hakimiyyəti İsrailin Baş naziri Binyamin Netanyahunun vəkili Olivye Pardonun öldürülməsi ilə bağlı mümkün sifarişlə bağlı araşdırmaya başlayıb.
“Report”un məlumatına görə, bu barədə “Agence France-Presse” Paris Prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, O.Pardo bu barədə keçmiş məhbuslardan biri və keçmiş polis informatoru Rudi Terranovanın iyulun 16-da Seneqala səfəri zamanı “Hizbullah” hərəkatının üzvlərinin vəkilə qarşı sui-qəsd sifarişi vermək məqsədi ilə ona yaxınlaşdıqlarını deməsindən sonra danışıb. O, vəkilin Netanyahu ilə işlədiyi üçün hədəf seçildiyini də qeyd edib.
“Əminəm ki, məhkəmə sistemi bunun real və ya xəyali təhlükə olduğunu müəyyən edəcək”, – Pardo AFP-yə deyib.
Qeyd olunur ki, Rudi Terranova bu iş üzrə aparılan istintaq çərçivəsində iyulun 21-də polis tərəfindən saxlanılıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.