“İmişli” Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirmək istədiyi Quba Olimpiya Kompleksindəki çatışmazlıqları öz hesabına aradan qaldıracaq.
Bunu “Report”a bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.
O, təftişin nəticəsi ilə bağlı Peşəkar Futbol Liqasından (PFL) məktub gözlədiklərini söyləyib:
“PFL təftişin nəticəsi ilə bağlı bizə rəsmi məktub göndərəcək. Daha sonra stadionda nələrin düzəldilməli olduğunu biləcəyik. Hələlik yalnız şifahi şəkildə bizə məlumat verilib. Düşünürəm ki, stadionun durumu əladır. Olimpiya Kompleksləri arasında ən yaxşısı Qubadakıdır. Bizim üçün hansı bölgə olmasının fərqi yoxdur. Əsas odur ki, oyun keçirmək üçün stadion olsun. Fikrimcə, əsas çətinliyimiz çəkiliş üçün yerlərlə bağlıdır. Bu səbəbdən “CBC Sport”un da nümayəndələri stadionu təftiş edəcəklər. Yəqin ki, çatışmazlıqları klubun hesabına aradan qaldıracağıq. Məncə, tribunalar da idealdır, çox xoşuma gəldi”.
Qeyd edək ki, Premyer Liqanın digər təmsilçilərindən “Turan Tovuz”un ev oyunlarını “Azərsun Arena”da, “Kəpəz”in Qəbələ şəhər stadionunda, “Karvan”ın isə Şamaxıdakı stadionda keçirəcəyi daha öncə açıqlanıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.