İngiltərə klubu “Bavariya”nın müdafiəçisini transfer edib

İngiltərə təmsilçisi “Everton” Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Adam Aznunu transfer edib.

“Report” xəbər verir ki, bu barədə Premyer Liqa kollektivinin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı oyunçu ilə 4 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 2022-ci ildə “Bavariya”ya keçən mərakeşli futbolçu ötən mövsüm icarə əsasında “Real Valyadolid” (İspaniya) komandasının şərəfini qoruyub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More