İranı avqust və sentyabr aylarında çətin vaxtlar gözləyir, ancaq gələn il problemlərin kəskinliyini azaltmağa imkan verəcək layihələr həyata keçiriləcək.
“Report” “Ayooq.ir”ə istinadən xəbər verir ki, bunu İslam Respublikasının energetika naziri Abbas Əliabadi jurnalistlərə ölkəsində su və elektrik enerjisi çatışmazlığından danışarkən bildirib.
O bildirib ki, Gilan və qismən Mazandaran istisna olmaqla, digər şəhərlərdə su ilə bağlı çox çətin vəziyyət yaranıb. Onun sözlərinə görə, İsfahan, Mərkəzi, Sistan və Bəlucistan, həmçinin Xorasan əyalətləri çətin vəziyyətdədir: “Avqust və sentyabrın çətin aylarını keçmək üçün planlar gündəmə daxil edilib”.
Nazir deyib ki, İran ardıcıl beş ildir quraqlıq dövrünü yaşayaraq qırmızı xəttin altındadır: “Müxtəlif xəbərdarlıqlar edilib, bu sahədə hakimiyyətin ayrı-ayrı orqanları ilə danışıqlar aparılır”.
Nazirin qənaətincə, İslam Respublikasına bu sahədə strateji dəyişiklik lazımdır: “Biz xüsusi torpaq emalına keçməli və malik olduğumuz kiçik ehtiyatlardan optimal istifadə etməliyik”.
Abbas Əliabadi vurğulayıb ki, son 67 ildə İranda bu sahədə vəziyyət yalnız bir il bundan əvvəl daha pis olub.
Xatırladaq ki, İranda elektrik enerjisi və su qıtlığı səbəbindən bir sıra dövlət müəssisələri məcburi tətil edir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.