Biatlon üzrə ikiqat olimpiya çempionu Laura Dalmayer Pakistan dağlarında daş uçqunu altında qalıb.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi onun menecerinə istinadən məlumat yayıb.
Məlumata görə, 31 yaşlı Dalmayer iyulun 28-də Qarakoram dağlarında təxminən 5,7 min metr hündürlükdəki Leyla zirvəsinə qalxarkən daş uçqunu altında qalıb. Onun tərəfdaşı yardım çağırsa da, ərazinin çətin keçilən olması səbəbindən xilasedici helikopter hadisə yerinə yalnız bu gün səhər çatıb.
Daha bir uçqun riski yüksək olduğu üçün xilasedicilər idmançının olduğu əraziyə hələ gedə bilməyiblər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.