Mərakeşdə hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Mərakeşin şimalındakı Fes-Saiss hava limanında “Alphajet” təlim təyyarəsi qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Maghreb Arabe Presse” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə zamanı Krallığın Hərbi Hava Qüvvələrinin təlim missiyasında olan iki zabiti həlak olub.

Mərakeş Krallığının Silahlı Qüvvələri həlak olanların ailələrinə başsağlığı verib. Hadisənin səbəblərini müəyyən etmək üçün istintaq komissiyası yaradılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More