“Marsel” və “Feyenoord” transferlə bağlı razılığa gəlib

Fransanın “Marsel” və Niderlandın “Feyenoord” klubları İqor Payşanın transferi ilə bağlı razılığa gəliblər.

“Report” “L’Equipe”ə istinadən xəbər verir ki, transferin dəyəri bonuslarla birlikdə 35 milyon avro təşkil edəcək.

Sövdələşmənin yaxın günlərdə tamamlanacağı gözlənilir.

Qeyd edək ki, 25 yaşlı braziliyalı vinger “Feyenoord”un heyətində ötən mövsüm meydana çıxdığı 47 matçda 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More