Mbappe “Real”da 10 nömrəli formada çıxış edəcək

İspaniyanın “Real” (Madrid) komandasının hücumçusu Kilian Mbappe yeni mövsümdə 10 nömrəli formanı geyinəcək.

“Report” xəbər verir ki, bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl 10 nömrəli formanı xorvatiyalı Luka Modriç geyinib. Onun gedişindən sonra “10 nömrə” fransalı forvarda təhvil verilib.

Qeyd edək ki, ötən il “Real”a transfer olunan Mbappe daha əvvəl 9 nömrəli formada çıxış edirdi.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More