Naxçıvanda bu ilin 6 ayı ərzində 4 erkən evliliyin qarşısı alınıb

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2025-ci ilin ilk altı ayı ərzində görülən işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

“Report”un yerli bürosunun məlumatına görə, iclasda qeyd olunub ki, Naxçıvanda uşaq hüquqlarının qorunması istiqamətində 58 monitorinq keçirilib, 4 erkən evliliyin qarşısı alınıb.

Təhsildən yayınan 40 uşağın yaşadığı ünvanlarda monitorinqlər təşkil olunub, 33 uşağın dərsə davamiyyəti təmin edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More